...

Qırğızıstan Bakıda TDT iclasında türk dövlətlərin yeni ümumi xəritəsini təqdim edəcək

Siyasət Materials 3 Dekabr 2025 11:35 (UTC +04:00)
Qırğızıstan Bakıda TDT iclasında türk dövlətlərin yeni ümumi xəritəsini təqdim edəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən Kartoqrafiya üzrə İşçi Qrupunun II iclasında Türk dövlətlərinin yeni ümumi xəritəsini təqdim edəcək.

Trend xəbər verir ki, bunu bu gün Qırğızıstanın Nazirlər Kabineti yanında Torpaq Ehtiyatları, Kadastr, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Kartoqrafiya və Geodeziya Dövlət xidmətinin direktorunun müavini Narınbek İsabekov TDT-in Kartoqrafiya üzrə İşçi qrupunun II iclası çərçivəsində jurnalistlərə bildirib.

O qeyd edib ki, tədbir şəhərsalma forumu ərəfəsində keçirilir və bu da onun sözlərinə görə, ölkələrin gələcək əməkdaşlığı üçün birgə kartoqrafik təşəbbüslərin əhəmiyyətini vurğulayır.

“Biz türk dövlətlərinin vahid xəritəsini hazırlamışıq və bu gün onu təqdim edəcəyik. Xəritə türk dövlətləri regionunun miqyasını açıq şəkildə göstərir və bizim dünya gələcəyinin mühüm bir parçası olduğumuzu vurğulayır”, – deyə N. İsabekov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti