Bakı. Trend:
Azərbaycan–Türkiyə münasibətləri sarsılmaz qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanır.
Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda deyib.
Baş nazir bildirib ki, prezidentlərimiz cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı etimad iqtisadi əməkdaşlığımızın davamlı inkişafı üçün möhkəm zəmin yaradıb:
"Məmnunluqla qeyd etmək istəyirəm ki, Türkiyə Azərbaycanın vacib ticarət tərəfdaşıdır. Bu gün iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi prioritet istiqamətlərimizdən biridir".
