...

Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 9 Fevral 2026 15:27 (UTC +04:00)
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Trend xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli İlham Heydər oğlu.

Sizi nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu təşəbbüs konstruktiv siyasətin və dözümlülüyün təşviqi yolu ilə davamlı sülhə və sabitliyə nail olmaq üçün ardıcıl səylərinizin, güclü iradənizin tanınmasının daha bir təsdiqidir.

Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin imzalanmasını iki dövlət arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi, həmçinin Qafqaz regionunda və onun hüdudlarından kənarda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi prosesində mühüm amil hesab edirik.

Tacikistan sülhsevər ölkə olaraq bu önəmli, konstruktiv və tarixi nailiyyəti bir daha alqışlayır və bütün mübahisələrin, münaqişələrin yalnız siyasi-diplomatik üsullarla həllinə sadiqliyini vurğulayır.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına isə yeni nailiyyətlər, davamlı sülh və bundan sonra da tərəqqi arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti