...

ABBASƏLİ HƏSƏNOV: AZƏRBAYCAN İRAN XALQININ SEÇİMİNƏ HÖRMƏTLƏ YANAŞIR

Siyasət Materials 27 İyun 2005 20:12 (UTC +04:00)
ABBASƏLİ HƏSƏNOV: AZƏRBAYCAN İRAN XALQININ SEÇİMİNƏ HÖRMƏTLƏ YANAŞIR

Trend-i buradan izləyin

Prezident seçkilərindən sonra İranın xarici siyasətində elə bir dəyişiklik olmayacaq və həmçinin Azərbaycanla olan mövcud siyasət davam etdiriləcək.

Bu barədə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov Trend agentliyinə eksklüziv olaraq bildirib.

Onun sözlərinə görə, İranın rəsmi şəxslərinin və İRR-nin yeni seçilmiş prezidenti Mahmud Əhmədinejadın bəyanatına əsasən, Azərbaycanla İran arasında dostluq-qardaşlıq münasibətləri daha da inkişaf edəcək, hər iki tərəf üçün faydalı yeni-yeni layihələr həyata keçiriləcəkdir. " İran xalqı hər kimi seçsə o, bizim üçün möhtərəmdir"-deyə diplomat bildirib.Onun sözlərinə görə, iyunun 27-də Azərbaycan prezidenti İlham Əliyev İranın yeni seç ilmiş prezidentinə təbrik məktubu göndərib. "Və bunun özü də göstərir ki, biz İran xalqının seçiminə hörmət-izzətlə yanaşırıq" -deyə A.Həsənov bildirib.

Prezident seçkilərinin yekunları İranda yaşayan azərbaycanlıların vəziyyətinə necə təsir edəcək?- sualına səfir "İranda yaşayan azərbaycanlılar İran vətəndaşlarıdır, onlar elə də zəif deyillər.Onlar İran vətəndaşıdır, necə yaşayacaq, həyatlarını necə quracaq onların öz işidir....Əvvəla, başa düşməliyik ki, başqa ölkədə, o cümlədən İranda yaşayan azərbaycanlılar İran vətəndaşıdır və İranın daxili işinə Azərbaycan dövləti qarışmır. İkincisi, İranda yaşayan azərbaycanlılar öz tarixi vətənlərində yaşayırlar" -deyə cavab verib.

Xəbər lenti

Xəbər lenti