...

AZƏRBAYCANLI HƏRBÇİLƏR NATO TƏDBİRİNDƏ İŞTİRAK EDİRLƏR

Siyasət Materials 4 İyul 2005 14:33 (UTC +04:00)

İyulun 4-dən 8-dək Almaniyanın Oberammerqau şəhərində keçirilən "NATO sülhün dəstəklənməsi əməliyyatları" üzrə kurslarda Azərbaycan Silahlı qüvvələrinin təmsilçiləri də iştirak edirlər. Bu haqda Trend ə Müdafiə Nazirliyi mətbuat xidmətindən bildirilmişdir.

Məlumatda tədbirin NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində gerçəkləşdiyi bildirilmişdir.

Hərbçilərimizin, həmçinin Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyulun 4-dən 8-dək Bonn və Drezden şəhərlərində "Hərbi heyətin hazırlanması məsələləri" üzrə tədbir və iyulun 4-dən 22-dək Hammerburq şəhərində "BMT hərbi müşahidəçilər kursu"nda da iştirak etdiyi bildirilmişdir.

Xəbər lenti

Xəbər lenti