...

AZƏRBAYCAN PREZİDENTİ HEYKİ TALVİTYENİ QƏBUL EDİB

Siyasət Materials 6 İyul 2005 19:20 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 6-da Bakıda Avropa birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvityeni qəbul edib.

Trend agentliyi bildirir ki, qonaq Azərbaycanda bir sıra ölkələr üçün nümunə ola biləcək müsbət proseslərin şahidi olduğunu bəyan edib. O, AB-nin demokratikləşmə prosesinə və həmin istiqamətdə konkret qərarların qəbul edilməsində köməyə hazırlığı barədə danışıb.

İ.Əliyev demokratikləşmə istiqamətində gerçəkləşdirilən addımlar, siyasi, iqtisadi və digər sahələrdəki uğurlar barədə qonağı məlumatlandırıb.O, Avropa inteqrasiyası siyasətinə, beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Birliyi və Avropa Şurası ilə uğurlu əməkdaşlığa tərəfdarlığı qeyd edib.İ.Əliyev xüsusilə qeyd edib ki, ölkə AB ilə yeni qonşuluq siyasətində fəal iştirak edir.

Xəbər lenti

Xəbər lenti