...

ASİM MOLLAZADƏ: "LONDONDA TÖRƏDİLƏN TERROR DÜNYA SİVİLİZASİYASINA VƏ DEMOKRATİK DƏYƏRLƏRƏ EDİLƏN HÜCUMDUR"

Siyasət Materials 7 İyul 2005 19:45 (UTC +04:00)

"Londonda baş verən terror hadisələri bütün dünya sivilizasiyasına qarşı edilən hücum, demokratiya, azadlıq dəyərlərinə zərbədir". Bu fikirləri Trend ə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib.

O, iyulun 7-də Böyük Britaniyanın paytaxtı Londonda baş vermiş dəhşətli terror aktlarına münasibətini açıqlayarkən deyib ki, belə hadisələr bir şəxsə, bir dövlətə qarşı deyil, bütün dünyada demokratiya ənənəsinə, insan haqlarına qarşı edilən qəsddir. A.Mollazadə hesab edir ki, dünyanın sivil, demokratik qüvvələri belə hadisələrə, onları törədən cinayətkar ünsürlərə qarşı birgə mübarizə aparmalıdır.

Azərbaycanın antiterror koalisiyasında təmsil olunduğunu xatırladan A.Mollazadə bildirib ki, bizim hökumətimiz də daxil olmaqla, bütün dünya dövlətləri, beynəlxalq birliklər qanlı terror aktlarını pisləyərək onları təörədənləri, sifariş edənləri kəskin qınağa məruz qoymalıdır.

Xəbər lenti

Xəbər lenti