...

RİNO HARNİŞ: "EXIT POLL"UN KEÇİRİLMƏSİ İLƏ BAĞLI TENDERİN NƏTİCƏLƏRİ YAXIN ZAMANLARDA AÇIQLANACAQ

Siyasət Materials 20 İyul 2005 14:04 (UTC +04:00)
RİNO HARNİŞ: "EXIT POLL"UN KEÇİRİLMƏSİ İLƏ BAĞLI TENDERİN NƏTİCƏLƏRİ YAXIN ZAMANLARDA AÇIQLANACAQ

ABŞ-ın xüsusi komitəsi yaxın zamanlarda Azərbaycanda "exit poll"un keçirilməsi ilə bağlı beynəlxalq tenderin qalibinin adını açıqlayacaq.

Trend in məlumatına görə, bu barədə iyulun 20-də Azərbaycanda birinci antikorrupsiya hüquq müdafiə mərkəzinin açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bəyan edib.

Səfir qeyd edib ki, çoxlu sayda şirkətlər bu tenderdə iştirak etmək istəyiblər. ABŞ-ın seçki prosesini dəstəkləməsi isə təkcə "exit-poll"un keçirilməsi ilə məhdudlaşmayacaq.

"Bizim üçün ən başlıcası səsvermənin nəticələridir", - deyə o vurğulayıb. Səfir resbulikada noyabrın 6-da keçiriləcək parlament seçkilərinin gedişində beynəlxalq müşahidə qruplarının işinin əhəmiyyətini də qeyd edib.

Rusiyanın "exit poll" keçirmək istəyi barədə ərizəsini şərh edərək, Rino Harniş bildirib ki, Azərbaycan hökuməti artıq ABŞ təşkilatlarının xeyrinə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti