...

"SİYASİ MƏHBUSLAR" ÜZRƏ İŞÇİ QRUPUN GÖRÜŞÜ TƏXİRƏ SALINMIŞDIR

Siyasət Materials 22 İyul 2005 16:53 (UTC +04:00)

İyulun 22-də Milli Məclisdə keçirilməsi planlaşdırılmış "siyasi məhbuslar" üzrə İşçi qrupun növbəti görüşü, Azərbaycan rəsmilərinin müzakirələrə hazır olmaması səbəbindən avqüstün 1-dək təxirə salınmışdır. Bu haqda İşçi qrupun və Hüquq Müdafiəçiləri Monitorinq Mərkəzinin üzü Novella Cəfəroğlu Trend ə bildirmişdir.

Onun sözlərinə görə, görüşün təxirə salınması barədə bu gün səhər hüquq-müdafiəçilərinə telefonla xəbərdarlıq edilmişdir.

Xatırladaq ki, hüquq müdafiəçisi Səidə Qocamanlı ötən Trend ə verdiyi müsahibəsində İşçi qrupun üçüncü iclasının gündəliyinə adları "siyasi məhbuslar" siyahısında olan 54 məhbusa amnistiya verilməsi ilə bağlı dövlət başçısına müraciət edəcəklərini bildirmişdir.

Onun sözlərinə görə, Hüquq Müdafiəçiləri Monitorinq Mərkəzi tərəfindən hazırlanmış həmin siyaşhıda keçmiş "OMON"çular, 1994-cü il Gəncə hadisələri, eləcə də, 2003-cü il oktyabrın 15-16-da paytaxtda baş vermiş iğtişaşlarla bağlı həbs olunmuş şəxslər, həmçinin, axtarışda olan soydaşlarımız da vardır.

Xatırladaq ki, İşçi qrupun bundan əvvəlki islası iyulun 8-də keçirilmişdir.

İclasda hüquq müdafiəçilərindən Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənəniyarlı, Eldar Zeynalov, Rəna və Murad Sadəddinovlar, Sahib Məmmədov və Zəlihə Tahirova iştirak etmişdir.

Görüşdə Azərbaycan hakimiyyətini isə prezidentin İcra Aparatının əməkdaşları- Hüquq-mühafiəzə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Əfv sektorunun müdiri Kəmalə Hüseynova, İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun böyük məsləhətçisi Otari Qvaladze, XİN-in idarə rəisi Tahir Tağızadə, eləcə də AŞ PA-dakı Azərbaycan parlament nümayəndə heyətinin üzvləri- Səməd Seyidov, Gültəkin Hacıyeva, Əli Hüseynov, həmçinin, Respublika prokurorluğu, Daxili İşlər və Ədliyyə nazirliklərinin nümayəndələri iştirak etmişlər.

Xəbər lenti

Xəbər lenti