...

TÜSİAB ÜZVLƏRİ ŞİMALİ KİPRİN İLK VƏ YENİ PREZİDENTLƏRİLƏ GÖRÜŞƏCƏK

Siyasət Materials 25 İyul 2005 16:30 (UTC +04:00)

İyulun 25-də Şimali Qıprız Türk Cumhuriyyətində(ŞQTC) işgüzar səfərdə olan Türkiyə Sənayeçilər və İş Abamları Birliyinin (TÜSİAB) 15 nəfərdən ibarət nümayəndə heyəti bu ölkənin ilk və hazırkı prezidentləri Rauf Denktaş və Məhmət Əli Tələtlə görüşlər planlaşdırıb. Bu haqda Trend ə TÜSİAB-ın mətbuat xidmətindən bildirilib.

Məlumatda görüşdə ŞQTC-da ilə TÜSİAB arasında əməkdaşlığın gələcək perspektivlərinin müzakirə olunacağı bildirilib.

"İyulun 26-da isə TÜSİAB üzvləri ŞQTC-nin turizm obyektləri və istirahət mərkəzlərinə səfərlər edəcək, gələcək işbirliyi barəsində müzakirələrdə iştirak edəcəklər",-deyə mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumatda TÜSİAB üzvlərinin iyulun 27-də, Azərbaycandan bu ölkəyə yola düşmüş digər işgüzar dairələrinin nümayəndələri ilə birlikdə vətənə dönəcəkləri xəbər verilir.

Xatırladaq ki, iyulun 27-31-də Azərbaycan-Türkiyə İş Abamları Birliyinin(ATİB) təşəbbüsü ilə qurumun sədri Əhməd Erentokun rəhbərliyi ilə 100-ə yaxın iş adamı ŞQTC-nə səfərdə olacaq.

Səfər çərçivəsində Azərbaycandan olan nümayəndə heyətinin ŞQTC-nın prezidenti Məhmət Əli Tələt, baş nazir Fərdi Sabit Soyer, baş nazirin müavini, xarici işlər naziri Sərdar Denktaş, iqtisadiyyat və turizm naziri Devriş Kemal Dəniz və başqa rəsmilərlə görüşü planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti