...

ŞƏRQİ AVROPA EKSPERTLƏRİ QƏRB BÖLGƏSİNDƏDİRLƏR

Siyasət Materials 27 İyul 2005 17:58 (UTC +04:00)

Slovakiya İcma Təşkilatçılıq Mərkəzinin əməkdaşları Çak Hört, Vladimir Pirosik və Elena Kasiakova iyulun 26-dan 30-na kimi Respublikamızın Qərb Bölgəsində səfərdə olacaqlar. Onların səfərlərinin məqsədi ölkələrinin təcrübələrini yerli QHT və İcmalara aşılamaqdır.Avropalı qonaqlar 26-27 iyul tarixlərində Gəncədə təşkil olunan konfransda ayrı-ayrı QHT üzvləri, icma rəhbərləri və bələdiyyə nümayəndələrinə "Vətəndaşlar Seçki prosesində" kampaniyasının təsviri, "Məlumat haqqında qanun və onun yerli və milli səviyyələrdə icrası", eyni zamanda "QHT-lərdə idarəetmə prosesi və hesabatların verilməsi" mövzularında maraqlı diskussiyalar keçiriblər.

Yerli qurumların problemlərini dinləyərək təklif və tövsiyələrini veriblər, suallar ətrafında fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində Slovakiyalı ekspertlər Şəmkir, Samux və Xanlar rayonun bir sıra Bələdiyyələrində və QHT-lərində görüşlər keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti