...

İSGƏNDƏR HƏMİDOV "VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULARI" SEÇKİ BLOKUNA QOŞULDU

Siyasət Materials 4 Avqust 2005 19:21 (UTC +04:00)

Milli Demokrat Partiyası "Vətəndaş Cəmiyyəti Qurucuları" Seçki Blokuna qoşulmağa qərar verib. Bu barədə Trend ə partiyanın sədri İsgəndər Həmidov məlumat verib.

O, bildirib ki, Milli Demokrat Partiyasının "Vətəndaş Cəmiyyəti Qurucuları" Seçki Blokuna qoşulması avqustun 5-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək tədbirdə rəsmən elan ediləcək.

"Milli demokratlar"la bərabər bu seçki blokuna Azad Azərbaycan, Liberal Demokrat partiyaları da qoşulurlar. Hazırda isə seçki blokunda 12 qeyri-hökumət təşkilatı təmsil olunur.

Xəbər lenti

Xəbər lenti