...

ALP-NİN NAMİZƏDLƏR SİYAHISI AÇIQLANIB

Siyasət Materials 19 Avqust 2005 18:31 (UTC +04:00)

Azərbaycan Liberal Partiyası (ALP) parlament seçkisində 76 nəfər namizədi ilə iştirak edir. Bu barədə Trend ə ALP-dən məlumat verilib. Partiyanın İcraiyyə Komitəsinin sədri Əvəz Temiraxın sözlərinə görə, ölkə üzrə 125 seçki dairəsinin hamısından ALP-nin namizədlərinin irəli sürülməsi nəzərdə tutulmuşdu. Lakin partiy a üzvlərinin seçkidə iştirakı ilə bağlı ciddi probğlemlərlə üzləşiblər və onların bir çoxunun namizədliyini vermək imkanı məhdudlaşıb.

Belə ki, problemlərdən biri seçicilərin, namizədələrin, onların səlahiyyətli nümayəndələrinin şəxsiyyət vəsiqələri ilə təmin edilməməsidir. Həmçinin Mərkəzi Səçki Komissiyasının 8 il iyul 2005-ci il tarixli "Milli Məclisə seçkilərdə xüsusi seçki hesablarının açılması və aparılmasının uçotu, hesabatı qaydası, habelə qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçki fondlarına vəsaitin daxil olması və xərclənməsi qaydaları haqqında" Təlimat da problemlər yaradıb.

Liberal Partiyası bu Təlimatın 24 saat ərzində deyil, bir aydan sonra-namizədlərin qeydə alınması üçün sənədlərin təqdim olunması müddətinin başa çatmasına 20 gün qalmış dərc etdirilməsinə etirazını bildirib.

ALP funksionerinin sözlərinə görə, partiyanın namizədlərinə xüsusi seçki hesabının açılması ilə bağlı "Kapital" bankının yerli filiallarında maneələr yaradılıb. bank hesabının açılması ilə bağlı üzləşdikləri çətinliklər üzündən partiyanın bəzi üzvləri seçkidə iştirak edə bilmirlər.

Buna baxmayaraq ALP-nin 75 nəfər namizədi seçkidə iştiakla bağlı bütün sənədlərini qaydaya salaraq dairə seçki komissiyalarına təqdim edib. Avqustun 19-da ALP-nin namizədlər siyahısı kütləvi informasiya vasitələrinə açıqlanıb.

Xəbər lenti

Xəbər lenti