"Yeni Siyasət" blokunun Koordinasiya Şurasının üzvü Eldar Namazov ATƏT-in Demokratikləşmə məsələləri üzrə məsul işçisi İnqrid Qossingerlə görüşüb. Bu barədə Trend ə "Yeni Siyasət" blokundan məlumat verilib.
Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, noyabrın 6-da keçiriləcək parlament seçkilərinə hazırlıq, demokratiya, insan haqlarının durumu və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Eldar Namazov həmçinin ATƏT-in monitorinq missiyasının təşkili Prinsipi ilə maraqlanıb. Söhbət zamanı xanım Qossinger ATƏT-in Azərbaycandakı seçkilərlə bağlı tutduğu mövqe ətrafında danışıb.