...

ATƏT VƏ AVROPA ŞURASI AZƏRBAYCANIN HÜQUQ-MÜHAFİZƏ ORQANLARININ NÜMAYƏNDƏLƏRİ ÜÇÜN TRENİNQLƏR KEÇİRƏCƏK

Siyasət Materials 1 Sentyabr 2005 15:19 (UTC +04:00)

Gələn həftədən ATƏT və Avropa Şurası ekspertləri Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri üçün treninqlər keçirəcək. Trend in məlumatına görə, bu barədə sentyabrın 1-də Avropa Şurasının baş katibinin Azərbaycakı xüsusi nümayəndəsi Mats Lindberq məlumat verib.

M. Lindberq qeyd edib ki, treninqldərdə polislərlə yanaşı, Azərbaycanın daxili qoşunlarının nümayəndələri də iştirak edəcək.

"Treninqlərdə əsas məqsəd Azərbaycanda seçkiqabağı dövrdə kütləvi aksiyalar zamanı güc strukturlarına asayüişin bərpası zamanı necə davranmağı izah etməkdir.

Belə ki, əsas məsələ - vətəndaşların öz iradəsini azad şəkildə ifadə etmək hüququnu təmin etməkdir", - deyə diplomat qeyd edib. Diplomatın sözlərinə görə, beynəlxalq ekspertlər "etiraz aksiyaları zamanı böyük miqdarda əhalinin torplanmasının idarə olunması" ilə bağlı hərtərəfli məlumat verəcəklər.

Xəbər lenti

Xəbər lenti