...

AZƏRBAYCAN BÜDCƏ GÖSTƏRİCİSİ ÜZRƏ NEFTİN PROQNOZ QİYMƏTİNİ REKORD HƏDDƏ QALDIRIB

Siyasət Materials 2 Sentyabr 2005 17:38 (UTC +04:00)

Azərbaycanın Maliyyə Nazirliyi 2006-cı il üçün neftin proqnoz qiymətini bir barelə görə 40 dollar səviyyəsinə çatdırıb. Trend in məlumatına görə, bu barədə sentyabrın 2-də jurnalistlərə maliyyə naziri Əvəz Ələkbərov məlumat verib. Onun sözlərinə görə, hökumət proqnoz qiymətin müəyyən edilməsi məsələsinə ciddi yanaşır və bir barel üçün 40 dollar göstəricisinin müəyyən edilməsi realdır.

Proqnoz göstəricinin yuxarı qalxması risqlidir və neftin qiymətinin aşağı düşəcəyi təqdirdə büdcədə zəruri düzəlişlərin aparılmasına gətirib çıxara bilər. Ə.Ələkbərov həmçinin qeyd edib ki, beynəlxalq proqnozlara görə, 2006-cı ildə neftin qiyməti bir barelə görə 53 dollardan aşağı düşməyəcək.

Qeyd edək ki, avqustun əvvəlində İqtisadi İnkişaf Nazirliyi neftin qiymətini Azərbaycanın dövlət büdcəsinin hesablamalar üçün 40 dollar səviyyəsində müəyyən edilməsini təklif etmişdi. 2006-cı il üzrə büdcə proqnozunun ilkin variantına görə neftin qiyməti 2005-ci ilin büdcə proqnozu ilə eyni, yəni bir barelin 25 dollar səviyyəsində olması təklif olunurdu.

Neft üzrə büdcə proqnozlarının artması tendensiyası artıq bir neçə ildir ki, davam edir. 2003-cü ildə bu göstərici bir barel üçün 19,5 dollar, 2004-cü ildə 22 dollar, 2005-ci ildə 25 dollar olub.

Bu zaman hətta bir barel üçün 40 dollar proqnoz göstəricisi praktiki olaraq 1,7 dəfə neftin real qiymətindən aşağıdır. AZERI LT CIF neftinin məzənnəsi sentyabrın 1-nə görə 68,37 dollar (bundan əvvəlki qiymətlə müqayisədə 0,20 dollar artaraq) təşkil edib. URAL (EX-NOIO) sortlu neftin qiyməti sentyabrın 1-də 60,50 dollar (1 barel) (0,15 dollar artaraq) təşkil edib.

Xəbər lenti

Xəbər lenti