...

AYAZ MÜTƏLLİBOVUN NAMİZƏDLİYİ QEYDƏ ALINDI

Siyasət Materials 5 Sentyabr 2005 19:00 (UTC +04:00)

Bu il noyabrın 6-da keçiriləcək parlament seçkisində iştirak edən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) lideri, eks prezidenti Ayaz Mütəllibovun namizədliyi qeydə alınıb. Bu barədə Trend ə ASDP-nin həmsədri Araz Əlizadə məlumat verib.

O, bildirib ki, sentyabrın 5-də dairə seçki komissiyasında A.Mütəllibovun xeyrinə toplanan imzaların və digər sənədlərin analizi aparılıb, onun namizədliyinin qeydə alınması barədə qərar çıxarılıb. Qeyd edək ki, A.Müttəlibov 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb.

A.Mütəllibov 1990-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin yanvar plenumunda birinci katib seçilib. 1991-ci il sentyabrın 8-də Azərbaycan Respublikasının ilk prezidenti seçilib, 1992-ci il martına qədər bu vəzifəni icra edib. 1992-ci il 5-6 mart çevrilişindən sonra Rusiyaya mühacir edib. Həmin vaxtdan indiyədək Moskva şəhərində yaşayır.

1992- ci il fevralın 26-da baş vermiş Xocalı faciəsi ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunda barəsində cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti