...

DÖVLƏT BAŞÇISI ASTARADA BİR SIRA OBYEKTLƏR AÇIB

Siyasət Materials 8 Sentyabr 2005 14:15 (UTC +04:00)

Sentyabrın 8-də Astarada Azərbaycan prezidentinin iştirakı ilə modul elektrik stansiyasının özül daşının qoyulması münasibətilə mərasim keçirilib. Trend in məlumatına görə, rayon ictimaiyyəti qarşısında çıxış edən dövlət başçısı bildirib ki, elektrik stansiyası hər birinin gücü 8,7 MVt olan 10 moduldan ibarət olacaq. Bu, ölkənin regionlarında istifadəyə veriləcək bu tip 52 elektrik stansiyasından birincisi olacaq və tğikintisi ilin sonuna kimi başa çatacaq.

Çıxışı zamanı ölkənin iqtisadi inkişafına toxunan dövlət başçısı bildirib ki, investisiyalar ildən ilə artır. Onun sözlərinə görə, cari ildə büdcənin gəlirliyi 2,5 milyard dollar, 2006-cı ildə isə 3,5 milyard manat, ola bilsin ki, daha çox təşkil edəcək.

Günün birinci yarısı prezident qaz-kompressor stansiyasının açılışında iştirak edib və yeni konserv emal edən kombinata baş çəkib.

Xəbər lenti

Xəbər lenti