...

HƏBSDƏ OLAN QARABAĞ PARTİZANLARI İLƏ BAĞLI İCLAS KEÇİRİLİB

Siyasət Materials 9 Sentyabr 2005 20:58 (UTC +04:00)

Sentyabrın 9-da Qarabağ Partizanlarının hüquqlarını müdafiə komitəsinin iclası keçirilib. İclasda həbsdə saxlanılan partizanlarla bağlı çıxarılmış son məhkəmə qərarını müzakirə edilib. Məhkumların azadlığa buraxılmaları üçün atılacaq addımlar onların valideynləri ilə razılaşdırılıb.

Bu addımlardan biri dövlət başçısı İlham Əliyevə, H.Əliyev adına fondun rəhbəri Mehriban Əliyevaya ediləcək müraciətlə bağlıdır. Komitə üzvləri və məhkumların valideynləri birgə hazırladıqları müraciətdə onların azadlığa buraxılmasını xahiş ediblər.

İclasda qərara alınıb ki, Müdafiə Komitəsi yaxın vaxtlrada növbəti məhkəmə instansiyasına, Ali Məhkəmənin plenumuna, həmçinin Əfv komissiyasına bir daha müraciət edəcək. Bundan başqa, iclasda partizanların müdafiəsi ilə bağlı ictimaiyyət nümayəndələrinin iştirakıyla Dəyrmi Masanın keçirilməsi də qarara alınıb.

Xəbər lenti

Xəbər lenti