...

BUDAPEŞTDƏ AŞPA ELM VƏ ETİKA ÜZRƏ ALT KOMİTƏSİNİN KOLLOKVİUMU KEÇİRİLƏCƏK

Siyasət Materials 12 Sentyabr 2005 15:34 (UTC +04:00)

19-20 Sentyabrda Budapeştdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) elm və etika üzrə alt komitəsinin kollokviumu keçiriləcək.Bu barədə Trend ə Azərbaycanın Milli Məclisinin (MM) mətbuat xidmətində bildirilib.

Kollokvium "Mərkəzi və Şərqi Avropada parlament texnologiyalarının qiymətləndirilməsi" mövzusunda keçiriləcək. Elm və texnologiyanın qiymətləndirilməsi, gələcək planların müzakirəsində parlamentlərin rolu və digər məsələlər müzakirə ediləcək.

Azərbaycanı forumda Milli Məclisin elmə və təhsil komissiyasının sədri Şahlar Əsgərov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti