...

AYAZ MÜTƏLLİBOVUN VƏKİLİ MƏHKƏMƏ HÜQUQ ŞURASINA ŞİKAYƏT EDƏCƏK

Siyasət Materials 12 Sentyabr 2005 18:12 (UTC +04:00)

Sentyabrın 12-də eks-prezident, deputatlağı namizəd Ayaz Mütəllibovun vəkili Fuad Ağayevin Nəsimi rayon Məhkəməsinə verdiyi ərizə ilə bağlı məhkəmə qərarı açıqlanmalı idi. Trend lə söhbətində vəkil hələ də həmin qərarı əldə bilmədiyini söyləyib.

Şikayət ərizəsi Ayaz Mütəllibovun toxunulmazlıq hüququnun ləğv olunması və barəsində həbs qərarının icra edilməsinə dair baş prokurorun qərarındandır.

Fuad Ağayevin sözlərinə görə, Baş Prokurorluğun həmin qərarının ləğv olunması üçün Nəsimi rayon məhkəməsinə şikayət ərizəsi verilsə də məhkəmə sədri Ələddin Cəfərov ərizəyə yalnız şifahi şəkildə cavab verib.

Bildirib ki, A.Mütəllibov axtarışda olduğuna görə onun hüquqlarının müdafiəsi qeyri-mümkündür. Vəkilsə hakimdən qərarı yazılı şəkildə təqdim etməsini xahiş edib. Lakin heç bir nəticə əldə olunmayıb.

"Biz də belə qərara almışıq ki, hakimin özbaşına hərəkəti ilə bağlı Məhkəmə hüquq Şurasına şikayət edək. Hazırda şikayət ərizəsi hazırlayırıq" - deyə vəkil bildirib.

Vəkil həmçinin Ayaz Mütəllibovla bağlı bəzi sənədləri hələ əldə edə bilmədiniyi söylədi və son məqamda həmin sənədləri istintaq orqanldarı vasitəsiylə əldə edəcəyini vurğuladı.

Xəbər lenti

Xəbər lenti