...

APELLYASİYA MƏHKƏMƏSİ HACIAĞA NURİNİN NAMİZƏDLİYİNİ BƏRPA ETMƏDİ

Siyasət Materials 19 Sentyabr 2005 19:27 (UTC +04:00)

Azərbaycan İslam Partiyasının sədri Hacıağa Nurinin namizədliyinin ləğv olunması barədə Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı Apellyasiya Məhkəməsi tərəfindən də qüvvədən saxlanılıb. Trend in məlumatına görə, H.Nurinin namizədliyinin ləğvi barədə qərardan verilmiş şikayətə sentyabrın 19-da Apellyasiya Məhkəməsində baxılıb. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçən məhkəmə iclasında şikayətçi tərəfin nümayəndəsi MSK-nın qərarının qanunsuz olduğunu bildirib.

Lakin məhkəmə heyəti MSK-nın qərarının qüvvədə saxlanılmasına dair qərar çıxarıb. Qeyd edək ki, H.Nurinin namizədliyi dövlət qeydiyyatı olmayan İslam Partiyasının nümayəndəsi kimi qeydə alındığına görə qanunsuz hesab edilərək Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv olunub.

Hacıağa Nuri Apellyasiya Məhkəməsinin qərarını da ədalətsiz hesab etdiyini bildirib. O, seçki prosesindən kənarda saxlanılmasını bilərəkdən ona qarşı atılan qərəzli addım kimi qiymətləndirib. İslam Partiyasının sədri Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti