...

ŞEYXULİSLAM MƏMURLARI HİCABLI QADINLAR ÜÇÜN PROBLEM YARATMAMAĞA ÇAĞIRIR

Siyasət Materials 22 Sentyabr 2005 17:31 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadə məmurları hicablı qadınlar üçün artıq problemlər yaratmamağa çağırır. Trend bildirir ki, Qafqazın şeyxulislamı sentyabrın 22-də keçirilən mətbuat konfransında bu çağırışla çıxış edib.

"Hicab dində vacib atributlardan biridir.Amma mən narahatam ki, bəzi din xadimləri məsələyə başqa cür yanaşır"-deyə şeyxulislam bəyan edib. "Mənim bir şeyxulislam olaraq Allahın iradəsinə qarşı getməyə və mömin qadınlara hicabı qadağan etməyə haqqım yoxdur"-deyə o bildirib.Amma A.Paşazadə hesab edir ki, bu məsələdə müəyyən incəliklər vardır.

Onun sözlərinə görə, Azərbaycanda hicabı qadağan edən belə bir qanun yoxdur və buna görə də onu qadağan etmək düzgün deyil.QMİ sədri hesab edir ki, məsələni qarşılıqlı razılıq əsasında həll etmək lazımdır.

Xəbər lenti

Xəbər lenti