Sentyabrın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişklik edilib, bəzi seçki dairələrinin hüdudlarında dəqiqləşmələr aparılıb, həmçinin MSK-ya daxil olan müraciətlərə baxılıb.
Əvvəlcə MSK-nın 12, 15, 23, 27 avqust və 2 sentyabr 2005-ci il tarixli protokollarının təsdiq edilməsi haqqında qərar çıxarılıb. Sonra MSK sədrinin müavini Svetlana Qasımova, komissiyanın katibləri Natiq Məmmədov və Vidadi Mahmudov bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə məlumat veriblər. Dairə seçki komissiyaları tərəfindən MSK-ya daxil olan müraciət əsasında 4 saylı Naxçıvan, 19 saylı Əzizbəyov, 70 saylı Masallı şəhər, 89 saylı Göyçay-Ağdaş, 91 saylı Ucar, 102 saylı Samux-Şəmkir, 123 saylı Kəlbəcər dairələrinin seçki komissiyalarının tərkibində dəyişliklik barədə qərarlar çıxarılıb.
Bəzi seçki dairələrinin hüdudlarında dəqiqləşmələr aparılması ilə bağlı Natiq Məmədov və Vidadi Mahmudov məlumat veriblər. Bakı Xətai rayon icra başçısı MSK-ya müraciət edərək həmin rayonun bir sıra seçki məntəqələrinin ərazisində yeni yüksəkmərtəbəli yaşayış binalarının istifadəyə verildiyini bildirib. İcra başçısı yeni sakinlərin adlarının həmin məntəqələrin seçici siyahılarına salınmasını xahiş edib. Gəncə şəhər Nizami rayonunun da icra başçısı seçki dairələrinin dislokasiyası ilə bağlı MSK-ya müraciət edib. Bu və digər müraciətlərdlə bağlı iclasda qərarlar qəbul edilib.