Trend bildirir ki, sentyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivsəində Sofiyada 7 ikitərəfli sənəd imzalanıb..
Sənədlərin imzalanmasından sonra birgə keçirilən mətbuat konfransında Azərbaycan və Bolqarıstan prezidentləri - İlham Əliyev və Georgi Pırvanov aparılan danışıqlardan məmnunluq ifadə edib.
Dövlət başçıları bəyan edib ki, görüş zamanı ikitərəfli siyasi, iqtisadi və digər əlaqələrin inkişafı məsələləri müzakirə edilib, regional və beynəlxalq xarakterli məsələlər, eləcə də Dağlıq Qarabağ münaqişəsi üzrə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, dövlət başçıları arasında şəxsi dostluq münasibətləri bütünlükdə dövlətlərarası münasibətlərin inkişafına müsbət təsir göstərir.
G.Pırvanov bəyan edib ki, iqtisadi əməkdaşlığın hazırkı səviyyəsi iki tərəfin mövcud potensialına cavab vermir.Bununla belə, qeyd olunub ki, son illərdə mal dövriyyəsi $7 mln.-dan demək olar ki, $100 mln.-a çatıb.
Bolqarıstan prezidentinin sözlərinə görə, bu, nəqliyyat və kommunikasiya xarakterli, eləcə də biznes -informasyia mübadiləsi kimi problemlərin həllinə kömək edib.
Onun sözlərinə görə, iki ölkə arasında viza rejiminin sadələşdirilməsi, eləcə də sentyabrın 23-də Sofiyada imzalanmış iqtisadi xarakterli sənədlər əlaqələrin daha böyük inkişafına yardım edəcək.
Dağlıq Qarabağ probleminə toxunan G.Pırvanov deyib ki, Bolqarıstan münaqişənin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə nizama salınması tərəfdarıdır.
İ.Əliyev Avro-Atlantik məkana inteqrasiyaya aid dövlət başçılarının imzaladığı memorandumu yüksək qiymətləndirib.Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq Azərbaycan ilə Bolqarıstan arasında əsas yaxın amillərdən biridir.
AR prezidenti qeyd edib ki, iki ölkənin siyasi baxışları bir-birinə uyğundur və bunu digər sahələrdə də yaymaq lazımdır.
Azərbaycan prezidenti axşam Bolqarıstanın baş naziri Sergey Stanişev, parlamentin spikeri Georgi Pirinski ilə görüşüb, milli və dünya təsərrüfatı Universitetində olub və Sofiyada Bakı küçəsində gəzintiyə çıxıb.