Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 26-da Yaponiya hökumətinin başçısı Dzünitiro Koidzumiyə onun yenidən baş nazir seçilməsi ilə bağlı olaraq təbrik məktubu göndərib. Trend bildirir ki, məktubda Azərbaycanın hər iki ölkə xalqları arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyi xüsusilə qeyd olunur.
Məktubda tərəflərin hərtərəfli əlaqələrin inkişafı və ikitərəfli münasibətlərin dərinləşdirilməsi sahəsində bundan sonra da birgə səylər göstərəcəyinə ümid bildirilir.