...

AZƏRBAYCAN PREZİDENTİ RƏCƏB TAYİB ƏRDOĞANI TƏBRİK EDİB

Siyasət Materials 6 Oktyabr 2005 11:37 (UTC +04:00)

"Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğana zəng edib". Trend in xəbər verdiyi kimi, bu barədə prezidentin mətbuat xidmətindən bildirilib.

Dövlət başçısı Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı müzakirələrin başlanması münasibətilə baş naziri təbrik edib. İ.Əliyev Türkiyə iqtisadiyyatının Avropa və dünya iqtisadiyyatına daha sıx inteqrasiyasında bu proseslərin böyük rol oynayacağına əmin olduğunu bildirib.

İ.Əliyev və baş nazir Azərbaycan və Türkiyə arasında əlaqələrin uğurlu inkişafından məmnunluqlarını ifadə edərək bildiriblər ki, qlobal enerji layihələrinin həyata keçirilməsi sahəsində birgə əməkdaşlıq hər iki ölkə xalqının rifahının yaxşılaşmasına, regional sülh və sabitliyin möhkəmlənməsinə şərait yaradacaq. Bundan başqa, qarşılıqlı maraqları əhatə edən bir sıra məsələrə dair fikir mübadiləsi də aparılıb.

Xəbər lenti

Xəbər lenti