...

XƏZƏR HƏRBİLƏŞDİRİLMİŞ DEYİL, SÜLH VƏ SABİTLİK DƏNİZİ OLMALIDIR

Siyasət Materials 7 Oktyabr 2005 18:05 (UTC +04:00)

Xəzər hərbiləşdirilmiş deyil, sülh və sabitlik dənizi olmalıdır. Trend in mədlumatına görə, bu barədə jurnalistlərə Bakıda oktyabrın 7 -də İranın XİN-nin rəsmi nümayəndəsi Möhsün Baharvendi məlumat verib.

Onun sözlərinə görə, İran öz mövqeyini açıq şəkildə ifadə etdiyi Xəzərdə sabitliklə bağlı razılaşmanın layihəsini artıq hazırlayıb və Xəzəryanı ölkələrə təqdim edib. "Analoji layihə Rusiya tərəfindən hazırlanıb və bu sənədin prinsipi ondan ibarətdir ki, Xəzər sülh və sabitlik dənizi olmalıdır", - deyə o qeyd edib.

M.Baharvendinin sözlərinə görə, İran region ölkələri ilə qaçaqmalçılıq və digər mənfi hallara qarşı mübarizədə əməkdaşlığa qarşı deyil, əksinə, hesab edir ki, bu məsələ regionun bütün 5 ölkəsini maraqlandırmalıdır.

Xəbər lenti

Xəbər lenti