...

VİLNÜSDƏ BALTİK VƏ CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİ PREZİDENTLƏRİNİN SAMMİTİNİN KEÇİRİLMƏSİ PLANLAŞDIRILIR

Siyasət Materials 11 Oktyabr 2005 14:41 (UTC +04:00)

2006-cı ildə Vilnüsdə Baltik və Cənubi Qafqaz ölkələri prezidentlərinin sammitinin keçirilməsi nəzərdə tutulub. "Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.

NATO-ya üzv ölkələrin XİNŞ rəhbərlərinin görüşü çərçivəsində dekabrda Brüsseldə Azərbaycan, Ermənistan, Gürcüstan, Litva, Latviya və Estoniyanın xarici işlər nazirlərinin görüşündə sammitə hazırlıqla bağlı məsləhətləşmələrin aparılacağı planlaşdırılır.

Qeyd edək ki, bü günlərdə Tiflisdə Gürcüstan və Litvanın xarici işlər nazirləri Saloma Zurabilvili və Antanas Valionis birgə bəyanat imzalayıblar. Bəyanatda Latviya, Estoniya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə Baltik və Cənubi Qafqaz ölkələrinin əməkdaşlıqla bağlı Litvanın təşəbbüsünün müddətinin uzadılması çağırışı ilə müraicət edilib. Litva və Gürcüstanın xarici işlər nazirlərinin fikrincə, Baltik ölkələrinin islahatlar və əməkdaşlıq sahəsində təcrübəsi Ermənistan, Gürcstan və Azərbaycan üçün Avropa və Avroatlantik qurumlara inteqrasiyada gözəl nümunədir.

Xəbər lenti

Xəbər lenti