...

EKS-PREZİDENT AYAZ MÜTƏLLİBOVUN SEÇKİ TƏBLİĞATINA START VERİLİB

Siyasət Materials 12 Oktyabr 2005 11:31 (UTC +04:00)

"Moskvada sığınacaq tapan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun seçki təbliğatına oktyabrın 12-dən start verilib". Bu barədə Trend agentliyinə A.Mütəllibovun seçki qərargahının rəhbəri Tofiq Əhmədov bildirib.

T.Əhmədov onu da qeyd edib ki, işçi qrupunun və müşahidəçilərin toplantısında belə qərara gəlinib ki, eks-prezidentin seçki təbliğatı üçün "İndiqo" mətbəəsində çap edilən 500 ədəd plakat namizədliyi qeydə alındığı seçki dairəsi ərazisində yapışdırılsın, təqvim və bukletlər isə seçicilərə paylanılsın.

A.Mütəllibovun vətənə qayıdışı ilə bağlı məsələyə münasibət bildirən T.Əhmədov: "Eks-prezident bununla bağlı dəqiq tarix söyləməyib, ancaq mütləq gələcək. Bu o zaman baş verəcək ki, onun Azərbaycanda təhlükəsizliyinə təminat verilsin" - deyib.

Qeyd edək ki, Moskvada mühacir olan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun namizədliyi 12 saylı Yasamal üçüncü seçki dairəsindən qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti