...

MALKOLM BRYUS: PARLAMENT SEÇKİLƏRİ CİDDİ İMTAHAN OLACAQ

Siyasət Materials 12 Oktyabr 2005 16:45 (UTC +04:00)

Parlament seçkiləri ciddi imtahan olacaq. Bu seçkiləri həm də Avropa Şurası üçün ciddi sınaq olacaq. Trend in məlumatına görə, bu barədə AŞPA-da Azərbaycanda siyasi məhbuslarla bağlı keçmiş məruzəçi, britaniyalı parlamentari Malkom Bryus "Azadlıq" (Svoboda) radiosuna müsahibəsində bəyan edib.

M. Bryusun sözlərinə görə, Parlament Assambleyasının üzvlərinin əksrəiyyəti Azərbaycanda seçkilərin şəffaf və ədalətli seçkilərin keçiriləcəyi ilə bağlı ümumi bir fikirdədirlər. "Əgər noyabr seçkilərinin yekunları seçkilərin qeyri-demokratik keçirilməsi barədə faktı qarşıya çıxararsa, onda avtomatik olaraq Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsinə nə dərəcə ciddi yanaşması məsələsi ortaya çıxacaq", - deyə M. Bryus qeyd edib. O umidvar olduğunu bildirib ki, "noyabrın 6-da respublikada irəliləyiş müşahidə olunacaq və müxalifətə maneəsiz fəaliyət göstərmək imkanı veriləcək.

"Eyni zamanda , Azərbaycan müxalifətinin də özünü lazımi qaydada aparması və hakimiyyətə təzyiq göstərmək üçün şans verməməsi vacibdir"- deyə M.Bryus bildirib və "müxalifətin tərəfdarlarına tolerant yanaşmanın" mühümlüyünü qeyd edib.

Xəbər lenti

Xəbər lenti