...

XAQANİ ƏLİYEV: BAYIA-ENERJI ŞİRKƏTİ AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ MÜQAVİLƏNİ POZMAQ NİYYƏTİNDƏ DEYİL

Siyasət Materials 13 Oktyabr 2005 16:45 (UTC +04:00)
XAQANİ ƏLİYEV: BAYIA-ENERJI ŞİRKƏTİ AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ MÜQAVİLƏNİ POZMAQ NİYYƏTİNDƏ DEYİL

Bayva-Enerji şirkəti Azərbaycan hökuməti ilə bağladığı müqavilənin pozulması ilə bağlı yayılan məlumatları təkzib edib. Bayva-Enerji -nin prezidenti Xaqani Əliyevin Trend ə verdiyi ekskluziv məlumata görə, şirkət ölkə hökumətinə müqaviləni pozmaq barədə sənəd təqdim etməyib. "Biz mütəmadi olaraq Nazirlər Kabinetinə həll edilməsi bizim təəhhüdlərimizə aid olmayan cari problemlərimizlə bağlı müxtəlif ərizələr təqdim edirik. Biz onların həll edilməsi üçün Nazirlər Kabineti qarşısında məsələ qaldırırıq. Bu məsələlər əsasən, aramızda imzalanan müqavilənin nizaimlanması ilə bağlıdır. Burada söhbət müqavilənin özünün pozulmasından getmir ", - deyə o bildirib.

Oktyabrın 13-də PA Consulting Group şirkətinin layihə işçi qrupunun rəhbəri Maknill Uotkins (McNeill Watkins) jurnalistlərə bəyan edib ki, Bayva-Qərbenerji (qərb regionları) və Bayva-Jənubenerji (cənub regionları) enerji paylayıcı şəbəkəsinin operatoru olan Bayva-Enerji ölkənin Nazirlər Kabinetinə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı enerjipaylayıcı şəbəkələrin idarəedilməsi üzrə müqaviləni ləğv etməsilə bağlı məktub göndərib. PA Consulting şirkəti Azərbaycan hökumətinə USAID -ın maliyyələşdirdiyi "Azərbaycanın enerji sektoruna texniki yardım göstərilməsi" çərçivəsində konsaltinq xidmətləri göstərir.

Onun sözlərinə görə, hazırki vəziyyət ölkə hökumətinin Barmek Azerbaycan (Bakı və Sumqayıt enerjipaylayıcı şəbəkələrinin operatoru) şirkətinin ölkəni tərk etməsində maraqlı olduğunu göstərir. "Buradan 2 sual doğur: hökumətin energetika bölməsində strateji planı necədir və belə planın hazırlanması üçün kim məsuliyyət daşıyır? Bizim müşahidələrimizə görə, belə qərarlar iqtisadi inkişaf və sənaye və energetika Nazirlikləri tərəfindən qəbul olunmur ", - deyə o qeyd edib.

İqtisadi inkişaf nazirinin müşaviri Kərim Ramazanov Trend ə bildirib ki, idarə belə sənəd almayıb. "Adətən, sənədlər bizə Nazirlər Kabinetində baxıldıqdan sonra daxil olur. Hazırda biz Bayva-Enerji şirkətinin hökumətlə müqaviləni pozması barədə məlumata malik deyilik ", - deyə o bildirib.

Qeyd edək ki, Bayva-Enerji ilə İqtisadi İnkişaf Nazirliyi arasında müqavilə imzalayıb və şirkət öz fəaliyyətinə 2003-cü ilin yanvarından başlayıb.

Xəbər lenti

Xəbər lenti