Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın iqtisadi inkişaf naziri vəzifəsinə Heydər Babayev təyin edilib. Trend in məlumatına görə, əvvəl bu vəzifəni oktyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə vəzifəsindən kənarlaşdırılan Fərhad Əliyev icra edirdi.
Heydər Babayev 1957-ci ildə Bakıda anadan olub. 1980-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakultəsini bitirib. 1981-1989-cu ilə kimi valyuta təhlükəsizliyi üzrə müfəttiş, daha sonra SSRİ Xarici Ticarət Bankında idarə rəisinin müavini kimi çalışıb. 1989-1992-ci illərdə "Bolqarİnvest" (Bolqarıstan və SSRİ BM) şirkətinin rəhbərinin müavini vəzifəsində işləyib. 1992-ci ildən 1997-ci ilə kimi Türkiyə Xarici İqtisadi Bankının baş nümayəndəsi,1997-1998-ci illərdə "Mostbank"ın vitse-prezidenti olub. 1999-cu ildən Azərbaycan prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə rəhbərlik edir.
Qeyd edək ki, oktyabrın 19-da Azərbğaycan prezidenti İlham Əliyevin fərmanı ilə Heydər Babayev Qiymətli Kağızlar üzrə Dovlət Komitəsinin rəhbəri vəzifəsindən azad edilib.