...

T.Tağızadə: Azərbaycan YUNESKO qərarlarının işlənib-hazırlanmasında geniş imkanlar alıb

Siyasət Materials 1 Noyabr 2005 14:24 (UTC +04:00)

Azərbaycan YUNESKO-nun İcra Şurasının üzvü seçilib. AR XİN mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə Trend ə bildirib ki, bu qərar YUNESKO-nun oktyabrın 31-də Parisdə keçirilən baş konfransının 33-cü sessiyasında qəbul edilib.

T.Tağızadə bu hadisəni Azərbaycana "YUNESKO qərarlarının işlənib-hazırlanmasında geniş iştirak imkanlarının" verilməsi kimi şərh edib.

Onun sözlərinə görə, YUNESKO-nun İcra Şurasının tərkibində Şuranın 4 il müddətinə seçdiyi 58 üzv ölkə vardır. Şura icra orqanı kimi fəaliyyət göstərir və onun vəzifələrinə YUNESKO-nun ali idarəedici orqanı - baş konfransın işlərinin hazırlanması daxildir.O, qeyd edib ki, şura baş konfransın qəbul etdiyi qərarların gerçəkləşdirilməsinə məsul orqandır.

Xəbər lenti

Xəbər lenti