...

Seçkinin müşahidəsinə buraxılan QHT-lərin qeydiyyatına başlanılıb

Siyasət Materials 2 Noyabr 2005 17:02 (UTC +04:00)

Prezident İlham Əliyevin müvafiq tapşırığından sonra seçkiləri müşahidə etmək imkanı qazanan qeyri-hökumət təşkilatlarının (QHT) qeydiyyatına başlanılıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) hüquq şöbəsinin müdiri İradə Hacıyeva məlumat verib.

Qeyd edək ki, qanuna əsasən, seçkiləri izləyəcək müşahidəçilərin qeydiyyatı seçki gününə 10 gün qalmış başa çatıb. QHT-lərin müşahidəçiliyinə qoyulmuş qadağa Milli Məclis tərəfindən ləğv edildikdən sonra MSK qeydiyyat müddətinin uzadılmasına dair qərar çıxarmalı idi. Lakin MSK rəhbərliyi bu məsələni müzakirəyə çıxarıb və bu qənaətə gəlib ki, qeydiyyat müddətinin uzadılmasına dair xüsusi qərar çıxarmağa ehtiyac yoxdur. MSK QHT-lərə qoyulan qadağaların götürüldüyünü əsas gətirərək onların qeydiyyata düşmək üçün müraciət etməsinə izacə verib. Beləliklə, Nizamnamə kapitalının 30 faizdən artığı xarici hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşən QHT-lər parlament seçkilərinin müşahidəsini aparmaq məqsədilə müraciət edə bilərlər. Seçkiyə bir gün qalmış - noyabrın 5-dək QHT-lərin qeydiyyatı aparılacaq.

MSK-nın hüquq şöbəsinin müdiri İradə Hacıyeva bildirib ki, indiyədək cəmi 13-ə qədər ərizə daxil olub. Lakin bu rəqəm seçki gününə qədər artacaq.

Xəbər lenti

Xəbər lenti