...

ATƏT-in müşahidə missiyasının rəhbərləri ilə müxalifətin "Azadlıq" blokunun liderləri ilə görüşü keçirilib

Siyasət Materials 6 Noyabr 2005 23:40 (UTC +04:00)

Baza günü axşamdan keçmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının rəhbəri Girt Arensin müxalifətin "Azadlıq" blokunun liderləri ilə görüşü keçirilib. Bu barədə Trend ə missiyanın əməkdaşı Urdur Qunnarsdottir məlumat verib.

O qeyd edib ki, görüş gedişində səsvermənin gedişi və yekunları ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, seçki qanunvericiliyinin pozulması faktlarının saxtalaşdırılması barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə "Müsavat" partiyasının sədri İsa Qəmbər, Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərimli, Demokratik Partiyanın sədr müavini Sərdar Cəlaloğlu, "Azadlıq" blokunun Mərkəzi Seçki Qərargahının rəhbəri Pənah Hüseyn və Liberal Partiyanın İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan iştirak edib.

Xəbər lenti

Xəbər lenti