...

Andres Herkel: Postsosialist məkanında proporsional sistem özünü daha çox doğruldur

Siyasət Materials 7 Noyabr 2005 20:11 (UTC +04:00)

Azad toplanma hüququ əsas siyasi azadlıqlardan biridir və əgər Azərbaycan müxalifəti dinc aksiyalar keçirmək arzusunu bildirərsə hökumət heç bir vəchlə buna maneçilik törətməməlidir. Trend bildirir ki, noyabrın 7-də jurnalistlərlə görüşdə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bu bəyanatla çıxış edib.

"Həmin addım hakimiyyətin daxili siyasi problemləri dinc yolla həll etmək zərurəti məsələsində siyasi iradəsinin sübutuna xidmət edəcək"-deyə A.Herkel bildirib.

AŞPA-nın həmməruzəçisi qeyd edib ki, Azərbaycanın Seçki Məcəlləsinə dair hələlik problemlər yoxdur.

Onun fikrincə, postsosialist məkanında majoritar sistemə nisbətən proporsional sistem özünü daha çox doğruldur.

AŞPA-nın həmməruzəçisi qeyd edib ki, Azərbaycan MSK-ya səsvermənin yekunlarına dair xeyli şikayət göndərilib və bunlara baxılmalıdır.

A.Herkel bildirib ki, hələ AŞPA-nın yanvar sessiyasınadək digər həmməruzəçi Andreas Qrossla yenidən Bakıya gələcək. " Azərbaycanda qarşıdakı vəziyyətin müzakirəsi ilə yenidən tanış olmaq niyyətindəyik"-deyə həmməruzəçi bildirib.

Xəbər lenti

Xəbər lenti