...

ATƏT-in Rusiyadan olan müşahidəçisi təşkilatı Azərbaycandakı seçki prosesinin pozulmasına cəhddə təqsirləndirir

Siyasət Materials 9 Noyabr 2005 18:34 (UTC +04:00)

Azərbaycandakı seçkilərdə ATƏT-in Rusiyadan olan müşahidəçisi İqor Borisov Təşkilatı seçki prosesinin pozulmasına cəhddə təqsirləndirir. Trend RİA "Novosti"-yə istinadən bildirir ki, Moskvada keçirilən mətbuat konfransında o, "ATƏT-in Azərbaycandakı missiyası tamamilə təmiz fəaliyyət göstərmirdi və dürüst hərəkət etmirdi"-deyə bəyan edib.

İ.Borisov missiyanın bütün əməkdaşlarına imzalanmaq üçün təklif edilmiş müqavilədən çıxarış yayıb və orada "seçkilərin müşahidəsi zamanı seçicilərdən alınmış informasiyaların açıqlanması qadağan edilmişdir". Borisovun sözlərinə görə, ATƏT "Azərbaycandakı seçki prosesinin pozulması axtarışına öncədən hazırlaşmışdı". "Yəni siyasi vəziyyətin pozulmasına cəhdlər baş vermişdi. Bizə öncədən danışılmışdı ki, Azərbaycanda hər şey pisdir" -deyə müşahidəçi vurğulayıb.

O, əlavə edib ki, ATƏT missiyası rəhbərinin bazar ertəsi keçirilən mətbuat konfransında seçkilərin yekunları haqqında elan etdiyi nəticələr "hətta ATƏT nümayəndələri üçün partlayan bomba effektini verdi. Ona görə ki, burada daxil olmamış pozuntular, informasiyalar barədə məlumatlar əhatə olunmuşdu". "Belə bir təəssürat yaranmışdı ki, öncədən hazırlananlar səslənməyib" -deyə Borisov əlavə edib.

Xəbər lenti

Xəbər lenti