...

Zurab Qumberidze: Gürcüstanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsimndə problem yoxdur

Siyasət Materials 16 Noyabr 2005 11:48 (UTC +04:00)

Azərbaycanla Gürcüstan arasında dövlət sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın növbəti iclası noyabrın ikinci və ya dekabrın birinci yarısında olacaq. Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze məlumat verib.

"Biz əvvəlcə iclası noyabrın ikinci yarısında keçirməyi planlaşdırmışdıq, lakin hələlik konkret tarix müəyyən edilməyib. Komissiya sədrləri məşğul olduqlarından iclas noyabrın sonu və ya dekabrın əvvəllərində keçiriləcək. Komissiya müxtəlif torpaq sahələri, çay yataqlarının dəyişməsi ilə bağlı problemləri həll etməlidir", - deyə diplomat qeyd edib.

"Ekspertlər tərəfindən müzakirəyə çıxarılacaq bir çox məsələlər var və yalnız bundan sonra komissiya hər hansı bir qərar qəbul edəcək. Hər iki ölkə arasında bu sahədə problemin olmasından danışmaq düzgün olmazdı. Bu, cari işdir", - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti