...

Yuri Merzlyakov: "Tərəflər ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərinə cavab verməyib"

Siyasət Materials 28 Noyabr 2005 14:40 (UTC +04:00)
Yuri Merzlyakov: "Tərəflər ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərinə cavab verməyib"

"Bakı və Yerevandan ATƏT-in Minsk qrupu həmsədrlərinin yanvar ayında Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil olunmasına dair təklifinə heç bir cavab daxil olmayıb". Bu barədə Trend ə eksklüziv olaraq ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlaykov bildirib.

O, yanvar ayında birbaşa danışıqların aparılması üzrə təşəbbüslə əlaqədar tərəflərin təqdiredici fikirlərindən razı qaldığını bildirib. Diplomat hesab edir ki, bu məsələ MQ həmsədrlərinin dekabrın 5-6-da Lyublyanada Azərbaycan və Ermənistanın XİN başçıları ilə görüşündə daha ətraflı müzakirə olunacaq. "Ola bilsin ki, görüşdə vasitəçilərin dekabrın ortalarında Dağlıq Qarabağ münaqişəsi regionuna nəzərdə tutulmuş növbəti səfərinin tarixi dəqiqləşdiriləcək", - deyə o qeyd edib.

Y.Merzlyakov Ermənistan prezidenti və XİN başçısının son fikirlərini şərh etməkdən imtina edib.

Xatırladaq ki, Ermənistan prezidenti Robert Köçəryan bəyan edib ki, əgər Bakı ilə danışıqlar daha da gərginləşsə, rəsmi Yerevan tərəfindən Dağlıq Qarabağ Respublikasının tanınması imkanı istisna olunmur. Bu ölkənin xarici işlər naziri Vardan Oskanyan isə bildirib ki, Qarabağ Ermənistanın ayrılmaz hissəsidir və heç zaman Azərbaycanın olmayacaq. Y.Merzlyakov vurğulayıb ki, həmsədrlər münaqişə tərəflərinin hər hansı bir fikrini şərh etmir.

Xəbər lenti

Xəbər lenti