...

Konstitusiya məhkəməsi 115 seçki dairəsi üzrə seçkinin nəticələrini təsdiq edib

Siyasət Materials 1 Dekabr 2005 15:48 (UTC +04:00)
Konstitusiya məhkəməsi 115 seçki  dairəsi üzrə seçkinin nəticələrini  təsdiq edib

Dekabrın 1-də Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi 6 noyabr parlament seçkilərinin ümumi nəticələrinin təsdiqlənməsinə dair qərar çıxarıb. Trend xəbər verir ki, plenum iclasının əsas hakimi, Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayev müşavirədən sonra məhkəmənin qərarını elan edib.

Konstitusiya məhkəməsinin qərarı ilə 31 saylı Suraxanı ikinci, 44 saylı Sumqayıt-Abşeron dördüncü, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Qazax-Tovuz-Ağstafa, 119 saylı Ağdam kənd seçki dairələrinin nəticələri ləğv edilib. Qalan bütün dairələr üzrə seçkinin nəticələri təsdiqlənib.

Qeyd edək ki, MSK 4 seçki dairəsinin - 9 saylı Binəqədi ikinci, 38 saylı Nizami (Gəncə) ikinci, 42 saylı Sumqayıt ikinci, 110 saylı Zaqatala seçki dairələrinin nəticələri ləğv edilmişdir. Konstitusiya məhkəməsi MSK-nın bu dairələr üzrə qərarını da qüvvədə saxlayıb. Beləliklə, 6 dairə Konstitusiya məhkəməsi, 4 dairə isə MSK tərəfindən ləğv olunmaqla ümumilikdə ölkə üzrə 125 seçki dairəsindən 10 dairənin nəticələri ləğv olundu.

Xatırladaq ki, KM-nin nəticələrini ləğv etliyi 31 saylı dairədən Əli Kərimli, 44 saylı dairədən Tofiq Hüseynli, 69 saylı dairədən Qulamhüseyn Əlibəyli, 103 saylı dairədən Fəxrəddin Qurbanov, 106 saylı dairədən İlqar Qılıcov, 119 saylı dairədən Bəxtiyar Sadıqov qalib gəlmişdi.

Qeyd edək ki, liderliyi ləğv olunan 6 nəfərdən ikisi - Ə.Kərimli, Q.Əlibəyli müxalifətin, İ.Qılıcov və Q.Hüseynli, B.Sadıqov Yeni Azərbaycan partiyasının namizədi, F.Qurbanov isə bitərəf namizəd idi.

Beləliklə, Konstitusiya məhkəməsi 115 seçki dairəsi üzrə seçkinin nəticələrini təsdiqlədi.

Xəbər lenti

Xəbər lenti