...

Avropa Şurası nümayəndələri "Yeni siyasət blokunun" təmsilçiləri ilə görüşüblər

Siyasət Materials 2 Dekabr 2005 12:43 (UTC +04:00)

Dekabrın 2-də Avropa Şurasının Azərbaycandakı informasiya ofisində "Yeni siyasət" blokunun həmsədrləri ilə Avropa Şurasının nümayəndəlri ilə görüşü keçirilib. Trend xəbər verir ki, görüşdə Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri Andreass Qross, Andres Herkel, Avropa Şürasının Azərbaycandakı seçkiləri müşahidə qrupunun rəhbəri Leo Platvoet, "Yeni siəyaət "blokundan isə Eldar Namazov və Əli Əlityev iştirak ediblər.

Görüş barədə jürnalistlərə Azərbaycan Milli İstiqlal partiyasının (AMİP) sədri Əli Əliyev bildirib ki, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, seçkidən sonrakı durum, 6 noyabr parlament seçkilərinin nəticələri barədə müzakirələr aparfılıb.

Əli Əliyevin sözlərinə görə, o müxalifətin seçkinin nəticxələri ilə bağlı prinsipial mövqeyini Avropa Şurası nümayəndələrinin diqqətinə çatdırıb. Həmçinin, müxalifətin Konstitusiya Məhkəməsinin çıxardığı qərarla bağlı müxalifətin mövqeyi barədə də məlumat verib. Qonaqların bu hadisələrə münasibətinə gəldikdə isə, Ə.Əliyevin sözlərinə görə, AŞ nümayəndələri bu faktları təəccüblə qarşılayıblar. "Əslində bu şəxslər Azərbaycanla bağlı kifayət qədər məlümatlıdırlar. Sadəcə olaraq biz Azərbaycanda demokratiya, seçkilər insan haqqları sahəsindəki durumla bağlı öz fikirlərimizi, mövcüd reallafqları onların diqqətinə çatdırdıq".

Xəbər lenti

Xəbər lenti