...

Mirmahmud Mirəlioğlu: "Bu müxalifətlə vahid mərkəzdə birləşmək olmaz"

Siyasət Materials 3 Dekabr 2005 11:16 (UTC +04:00)

"Müxalifətin vahid mərkəzdə birləşmək ideyası 1998-ci ildə mərhum Əbülfəz Elçibəyə məxsusdur, Əli Kərimliyə yox". Bu barədə Trend ə Azərbaycan Xalq Cəbhəsi (klasskilər) Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi (islahatçılar) Partiyasının sədri Əli Kərimli dekabrın 2-də keçirdiyi mətbuat konfransında müxalifətin bir partiyada birləşə biləcəyini istisna etməyib.

M.Mirəlioğlu isə bu məsələnin aktual olduğunu desə də, bunun reallaşmayacağını vurğulayıb: "Əli Kərimli bu məsələni ortaya atmaqla yeni heç nə kəşf etməyib. Ancaq onlarla bir partiyada fəaliyyət göstərmək mümkün olmayacaq. Çünki şəxsi ambisiyaları buna imkan verməyəcək".

Partiya sədri yalnız müxalifətin yeni simalarının bu məsələni nə vaxtsa reallaşdıra biləcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti