...

26 noyabr aksiyası ilə bağlı "Azadlıq" bloku nümayəndələri istintaqa ifadə verib

Siyasət Materials 6 Dekabr 2005 18:19 (UTC +04:00)

"Azadlıq" blokunun nümayəndələri, müxalifətin 26 noyabr aksiyasının təşkilatçılarından olan Həsən Kərimov və Məmməd Zeynalov dekabrın 6-da Respublika Prokurorluğuna çağırılaraq ifadə veriblər. Bu barədə Trend ə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Həsən Kərimov məlumat verib.

O bildirib ki, 26 noyabrda keçirilmiş müxalifətin aksiyası zamanı baş vermiş hadisələrlə əlaqədar dindiriliblər. Onlardan aksiyanın nəzərdə tutulan vaxtda başa çatdırılması ilə bağlı polislərin xəbərdarlığını blok liderlərinə çatdırıb çatdırılmadıqları soruşulub. "Mən hadisənin xronoloji ardıcıllığı ilə açıqlama verdim, bildirdim ki, aksiyanın başa çatdırılması barədə, liderlərə heç bir məlumat verməmişəm, çünki bunu özləri bilirdilər. Meydanın dağıdılması vaxtı mənim Yaşar Əliyevlə görüşüm zamanı aksiyanın başa çatmasına hələ 5 dəqiqə qalmışdı. Mən Yaşar Əliyevə bildirdim ki, imkan verin aksiyanın dağıdılacağı barədə liderlərə və mitinq iştirakçılarına müraciət edək. Amma buna əhəmiyyət verilmədən hələ aksiyanın öz vaxtı başa çatmamış meydanın dağıdılmasına göstəriş verildi"-deyə Həsən Kərimov qeyd edib.

M.Zeynalov da bu məzmunda ifadə verib. Həsən Kərimovun sözlərinə görə, 26 noyabr aksiyası ilə bağlı cinayət işi açıldığından hadisə ilə bağlı

həbsdə olan müxalifətçilərdən hansılarsa cinayət məsuliyyətinə cəlb ediləcək.

Xəbər lenti

Xəbər lenti