...

Azərbaycan-Rumıniya hökumətlərarası komissiyasının növbəti iclası 2006-cı ilin birinci rübündə keçiriləcək

Siyasət Materials 7 Dekabr 2005 11:55 (UTC +04:00)

Azərbaycan-Rumıniya hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclası 2006-cı ilin birinci rübündə keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.

Yaxın vaxtlarda ekspertlər tərəfindən iclasın gündəliyi hazırlanacaq. Tərəflər hökumətlərarası komissiyanın müzakirəsinə çıxarılacaq ikitərəfli sənədlərin layihələrini razılaşdırmalıdır. Bu sənədlər ticarət, həmçinin, investisiyaların təşviqi sahəsində əməkdaşlığın inkişafına yönəldilib.

Bundan başqa, bank fəaliyyəti, hərbi-texniki, həmçinin, terrorçuluq və transmilli cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığa dair sazişlər də hazırlanır.

Xəbər lenti

Xəbər lenti