...

Seçkilərin şəffaf keçirildiyi ilə bağlı bəyanat beynəlxalq təşkilatlara göndəriləcək

Siyasət Materials 7 Dekabr 2005 12:08 (UTC +04:00)

"Azərbaycanda 2005-ci il 6 noyabr parlament seçkilərinin şəffaf və demokratik keçirilməsi ilə bağlı imzalanan bəyanat Avropa Şurası və beynəlxalq təşkilatlara göndəriləcək". Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

Qeyd edək ki, adıçəkilən bəyanat YAP-ın təşəbbüsü ilə tərtib edilib. Bəyantı 800-ə qədər namizəd imzalayıb. Müxalifətdən olan partiyalardan - Ümid Partiyasından 9, Milli İstiqlal Partiyasından 5, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından 9, Liberal Partiyasından 5, Vətəndaş Həmrəyliyi Partiyasından 5, Müsavat partiyasından 3, Ədalət Partiyasından 3, Vəhdət Partiyasından isə 2 namizəd seçkilərin şəffaf keçirildiyi ilə bağlı bəyanatı qəbul edib.

H.Paşayev qeyd edib ki, məlum sənəd Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öncəsi Strasburqa göndəriləcək.

Xəbər lenti

Xəbər lenti