...

Demokratik Qüvvələr Konqresi konfrans keçirəcək

Siyasət Materials 7 Dekabr 2005 16:13 (UTC +04:00)

"Demokratik Qüvvələr Konqresinin (DQK) 2006-cı ilin ilk aylarında konfransı keçiriləcək". Bu barədə Trend ə DQK-nin yaradılmasında təşəbbüs göstərən Azərbaycan Naminə Hərəkatın İcra Aparatının rəhbəri Taleh Əliyev bildirib.

Qeyd edək ki, DQK-ni yaratmaqda məqsəd Azərbaycanda fəaliyyət göstərən bütün demokratik qüvvələri bu qurumda birləşdirməkdir.

T.Əliyev onu da bildirib ki, artıq bu istiqamətdə bir sıra partiya rəhbərləri ilə danışıqlar aparılır: "İlkin razılıqlar da əldə olunub. Ancaq proses davam etdiyindən dəqiq məlumat söyləyə bilməyəcəyəm. Çox güman ki, danışıqların ilkin mərhələsi dekabrın sonlarında başa çatdırılsın".

DQK-nın gələcək strukturu barədə danışan T.Əliyev qeyd edib ki, bu, təsis konfransında müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti