...

Steynar Gil: "Gəncədə Norveç tədris mərkəzinin açılması ilə əlaqədar baş vermiş insident bitib"

Siyasət Materials 8 Dekabr 2005 15:30 (UTC +04:00)

"Gəncədə Norveç tədris mərkəzinin açılması ilə əlaqədar baş vermiş insident bitib". Trend in xəbər verdiyi kimi, bu barədə dekabrın 8-də jurnalistlərlə söhbətində Norveçin Azərbaycandakı səfiri Steynar Gil bildirib.

Diplomatın sözlərinə görə, mərkəzin icarəsi haqqında saziş imzalanıb və bu məsələyə məhkəmə qaydasında baxılır. "Mərkəz normal qaydada fəaliyyət göstərir və bununla bağlı heç bir problem yoxdur", - deyə o qeyd edib. Səfirin sözlərinə görə, mərkəz gəncə sakinlərindən birinin icarəyə götürülmüş evində yerləşir.

Xatırladaq ki, sentyabrın 21-də mərkəzin açılış mərasimində hüquq mühafizə orqanlarının nümayəndələri bəyan edib ki, mərkəzin yerləşdiyi evin sahibi icarə haqqında müqavilənin müddətinin başa çatması ilə əlaqədar onun boşaldılmasını tələb edir. Vəziyyəti aydınlaşdırmaq üçün Norveç səfiri əvvəlcə polis bölməsinə, daha sonra isə Gəncə şəhər İcra Hakimiyyətinə gedib.

Steynar Gil 6 noyabr parlament seçkiləri ilə bağlı ölkəsinin mövqeyini bildirməkdən imtina edib. O yalnız qeyd edib ki, rəsmi Oslo bu məsələdə ATƏT-in DTİHB müşahidəçilərinin mövqeyini dəstəkləyir. Diplomat, həmçinin, bildirib ki, onda olan məlumata görə, ATƏT-in 6 noyabr seçkiləri ilə bağlı yekun məruzəsi 2005-ci il dekabrın sonunda hazır olacaq.

Xəbər lenti

Xəbər lenti