Demokratik İslahatlar Partiyasının Siyasi Şurasının dekabrın 8-də iclası keçirilib. Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib.
Toplantı zamanı partiya sədri Asim Mollazadə Gürcüstan və Avropaya səfərləri barədə ətraflı məlumat verib. Bundan əlavə, Siyasi Şura üzvləri ölkədəki mövcud ictimai-siyasi vəziyyəti müzakirə ediblər. İclasda partiyanın seçkidən sonrakı fəaliyyət istiqamətləri də müəyyən edilib.