...

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İranda rəsmi səfərdədir

Siyasət Materials 9 Dekabr 2005 14:02 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev İran İslam Respublikasında (İİR) rəsmi səfərdədir. Bu barədə Trend ə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

E.Quliyev İİR-ə həmin dövlətin müvafiq strukturunun rəhbəri tərəfindən dəvət olunub. Səfərdə məqsəd iki ölkə arasında dövlət sərhədlərinin qorunması sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərinin daha da gücləndirilməsidir. Hər iki ölkənin sərhəd xidmətinin rəhbəri qanunsuz miqrasiyaya, narkotik vasitələrin və silah-sursatın sərhəddən keçirilməsinə qarşı mübarizə üsulları sahəsində fikir mübadilələri aparır.

E.Quliyevin həmin dövlətin daxili işlər işlər naziri və digər güc strukturlarının rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

Səfərin dekabrın 12-də yekunlaşması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti